...

BP Azerbaijan "Azəri-Çraq-Günəşli" layihəsindən Azərbaycan gəlirlərinin artdığını bəyan edib

Energetika Materials 13 Fevral 2007 20:58 (UTC +04:00)

2007-ci ildə "Azəri-Çraq-Günəşli" layihəsinin reallaşdırılmasından gəlir 3,8 milyard dollar məbləğində gözlənilir. Bu barədə Trend ə əsasən, bu gün mətbuat konfransında layihənin operatoru - BP Azerbaijan şirkətinin kommersiya məsələləri üzrə prezidenti Fil Xoum məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ildə layihədə Azərbaycanın gəliri 3,2 milyard dollar təşkil edib. Azərbaycana daxidolmalara vergilər, neftin satışından əldə olunan vəsaitlər, bonus köçürmələri, tarif ödənişləri və s. daxildir.

"Növbəti illərdə layihədən Azərbaycanın gəlirləri həmişə yüksələcək", deyə o, bildirib.

"Azəri-Çraq-Günəşli" layihəsinin iştirakçıları: BP (34,1367% iştirak), ChevronTexaco (10,2814%), QNKAR (10%), INPEX (10%), Statoil (8,5633%), ExxonMobil (8,006%), TPAO (6,75%), Devon Energy (5,6262%), Itochu (3,9205%), Delta Hess (2,7213%).

Lazımi kapital qoyuluşu 20 milyard dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti