...

Filippin Azərbaycan neftini almaq niyyətindədir

Energetika Materials 15 Fevral 2007 15:00 (UTC +04:00)

Filippin Azərbaycan neftini almaq niyyətindədir. Belə bir niyyəti Azərbaycanın həmin ölkədəki səfiri İbrahim Hacıyevlə görüşdə hökumətin rəsmi nümayəndələri bildirib.

İ.Hacıyev Trend ə bildirib ki, Filippin tərəfi Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa böyük maraq göstərir. Filippin tərəfinin bu niyyətini səfir Azərbaycan hökumətinə çatdırıb.

Səfir bildirib: "Əgər Azərbaycan təklifi müsbət qiymətləndirərsə, bu məsələ ikitərəfli səviyyədə danışıqların predmetini təşkil edə bilər".

Xatırladaq ki, İ.Hacıyev Azərbaycanın İndoneziyadakı səfiridir, bu ilin fevralından eyni zamanda Filippində səfirin vəzifələrini icra edir.

Xəbər lenti

Xəbər lenti