...

Xarici şirkət Azərbaycan yatağında hasil edilən qaza tələbatın azalması barədə bildirir

Energetika Materials 16 Fevral 2007 13:53 (UTC +04:00)

2006-cı ildə "Anshad petrol" BM qaz hasilatında proqnozlaşdırılan həcmi yerinə yetirə bilməyib. Bu, onunla əlaqədar olub ki, əsas qaz istehlakçısı - "Neftçala" qaz istismar kontoru birgə müəssisə tərəfindən hasil edilən qazı tam həcmində qəbul etmək vəziyyətində deyil. Trend xəbər verir ki, bu barədə BM baş direktoru Məhəmməd Mustafayev bildirib.

Payız-qış dövründə BM tərəfindən tədarük edilən qazın 50 faizə qədəri tələbolunmamış qalır və realizə edilmir. Bunun nəticəsində BM qaz quyularında hasilatı dövri olaraq dayandırır.

BM keçən il ümumilikdə müqavilə meydançasına daxil olan "Durovdağ" yatağında 25942 min kub metr qaz hasil edib. Bu həcmdən 24102 min kub metr qaz dövlətə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti