...

2006-cı ildə Azərbaycan 2 mlrd. kVt/saatdan çox elektrik enerjisi idxal edib

Energetika Materials 16 Fevral 2007 15:45 (UTC +04:00)

2006-cı il ərzində respublikaya təxminən 56 mln. ABŞ dolları məbləğində 2,010 mlrd. kVt/saat elektrik enerjisi idxal olunub. Tədarük edilmiş elektrik enerjisinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,2% azalıb və ümumi dəyəri 1,8% aşağı düşüb. Hazırda Azərbaycana Rusiya, İran və Gürcüstandan elektrik enerjisi idxal olunur. Türkiyə və İrandan elektrik enerjisinin idxalı blokadada olan Naxçıvan Muxtar Respublikası üçün həyata keçirilir.

2006-cı ildə Azərbaycana 456 mln. ABŞ dolları məbləğində 4,431 mlrd. kub metr qaz idxal olunub. Bu həcm 2005-ci ildən 5,4% azdır. Ötən il əldə olunmuş qazın dəyəri, 2005-ci ilin analoji dövrü ilə müqayisədə, 67,8% artıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib. Azərbaycana təbii qaz tədarükçüsü Rusiyanın "Qazprom" şirkəti olub. 2005-ci ildə qazın 1 min kubmetri 60 ABŞ dollarına tədarük olunub. 2006-cı ilin əvvəlindən 1000 kub metr qaz Azərbaycana 110 ABŞ dollarına başa gəlir. 2007-ci ilin yanvarında Azərbaycan Rusiyadan qaz idxalını dayandırıb.

2006-cı il ərzində sement klinkeri və sementin idxalı 1371,4 min ton təşkil edib və idxalın dəyəri 69,6 mln. ABŞ dolları olub. Bu həcm 2005-ci ildən 21% çoxdur və 25,9% bahadır. İdxal olunmuş məhsulun ümumi həcmindən sement klinkerlərinin payına 36,8 mln. ABŞ dolları məbləğində (2005-ci ildən 16,8% çox) 686 min ton (2005-ci ildən 0,8% çox) düşür.

32,7 mln. ABŞ dolları məbləğində (2005-ci ildən 37,9% çox) 685,4 min ton (2005-ci ilin yanvar-noyabr aylarından 51,4% çox) həcmdə sement idxal olunub.

Xəbər lenti

Xəbər lenti