...

Azərbaycan Dövlət Neft Şirkəti yeni platformadan 830 min ton-dan çox neft hasil edəcək

Energetika Materials 16 Fevral 2007 18:00 (UTC +04:00)

"Neft Daşları" yatağında quraşdırılmış 2387 saylı yeni platformadan 831,3 min ton neft hasil olunacaq. Hazırda bu platformanın tikintisi üzrə 8857,0 milyon manat məbləğində iş həyata keçirilib. Bu barədə Trend ə ADNŞ-nin "Xəzərdənizneftqaztikinti" trestinin baş mühəndisi Mirkazım Abbasov məlumat verib.

Platforma suyun 24,5 metr dərinliyində quraşdırılıb. Blokun hündürlüyü 45 metr, çəkisi 542 tondur. Bu blok "Çıraq-2" və "Çıraq-4" köhnə sökülmüş dərinsulu blokların əsasında tikilib. Platformada 32 neftçi üçün iki mərtəbəli yaşayış bloku qurulacaq. Həmçinin dərin özüllər zavodunda tikiləcək vertolyot meydançasının da qurulması planlaşdırılıb.

Hazırda "Dənizneftqaztikinti" institutunda iki belə platformanın layihələndirmə işləri aparılır. 2010-cu ilə qədər "Neft Daşları" yatağında 6 platforma qurulacaq və 78 yeni quyu qazılacaq.

Xəbər lenti

Xəbər lenti