...

Gürcüstan yanvar ayında Azərbaycandan tədarük olunmuş qaza görə borcu tamamilə ödəyib

Energetika Materials 16 Fevral 2007 18:02 (UTC +04:00)

Gürcü tərəfi 2007-ci ilin yanvar ayında tədarük olunmuş Azərbaycan qazına görə borcu tam ödəyib. Neft və qaz korporasiyasından Trend in xüsusi müxbirinə verilən xəbərə görə, sazişə əsasən Gürcüstana tədarük olunmuş min kub metri 120 dollara olan 30 milyon kub metr qazın pulu tamamilə ödənilib.

"Biz bu tədarükləri vaxtında ödədik və guya bizim borclu olmağımız haqqında heç bir söhbət gedə bilməz", - deyə korporasiyadan bildirilib.

Həmçinin orada bildirilib ki, indi Gürcüstan qazı Azərbaycandan alır, lakin əvvəl sazişlə razılaşdırılmış sutkada 1 milyon kubmetr əvəzinə Tbilisi 1,3 milyon kubmetr qaz alır. Korporasiyada həmçinin vurğulayıblar ki, Gürcüstan aprelin 1-dək sutkada 1,3 milyon kubmetr qaz alacaq.

Xəbər lenti

Xəbər lenti