...

Azərbaycan Dövlət Neft Şirkəti ixrac neft kəməri marşrutunun bir hissəsini başqa yerə köçürür

Energetika Materials 16 Fevral 2007 18:16 (UTC +04:00)

Mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzərdənizneftqazztikinti" tresti yeni Taxtakörpü su anbarının altına düşən Mozdok-Hacıqabul boru kəməri kəsiyinin köçürülməsini başa çatdıracaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzərdənizneftqaztikinti" trestinin baş mühəndisi Mirkazım Abbasov məlumat verib.

O qeyd edib ki, ğu ilin iyun ayında həmçinin bu su anbarının altına düşən Bakı-Novorossiysk neft kəmərinin dolayı ərazisinin tikintisi başa çatacaq.

Köçürülməli olan qaz kəməri ərazisinin ümumi uzunluğu 9,6 km, neft kəmərinin uzunluğu - 9,9 km təşkil edir.

Respublikanın Meliorasiya və su təsərrüfatı ASC-nin TİƏ üzrə sxemi və Samur-Abşeron kanalının (SAK) sistemi üzrə uzunmüddətli strategiyaya əsasən suyun Ceyranbatan kanalına verilməsi məqsədilə "Taxtakörpü" su anbarını tikəcək. Bu su anbarı respublikanın Dəvəçi rayonunda yerləşəcək.

Xəbər lenti

Xəbər lenti