...

Yeni Azərbaycan-Gürcüstan-Türkiyə elektrik ötürücü xəttinin tikintisinin TİƏ- si hazırlanır

Energetika Materials 16 Fevral 2007 18:28 (UTC +04:00)

Hazırda Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək və bu ölkələrin elektrik enerji sistemlərinin işini sinxronlaşdırmağa imkan verəcək elektrik ötürücü xəttin tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanır. Trend xəbər verir ki, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Ekspertlərin qiymətləndirmələrinə görə, bu elektrik ötürücü xəttin tikintisinin 4-5 ildən sonra tamamlanacağını gözləmək olar. O, Ümumavropa enerji məkanına çıxışı təmin etməyə imkan verəcək.

Bu elektrik ötürücü xəttin tikintisi haqqında sənəd Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 7-də Tbilisidə görüşü zamanı imzalanıb.

M.Əsgərovun qeyd etdiyi kimi, layihənin qiymətini müəyyən etmək üçün onun texniki-iqtisadi əsaslandırmasını hazırlamaq lazımdır. Bu layihə artıq bir neçə il əvvəl müzakirə olunub, lakin onun qiyməti material və xidmətlərin qiymətinin hazırkı artımı baxımından təbii ki, artıb. Bu zaman, M.Əsgərovun qeyd etdiyi kimi, onun reallaşdırılması üçün işlərin əsas həcmi Türkiyə və Gürcüstan ərazilərinin payına düşür. Azərbaycanda mövcud şəbəkələri yenidən qurmaq lazım gələcək.

Xəbər lenti

Xəbər lenti