...

Elektrik enerjisinin qiymətinin artırılması onun istifadəsi üçün yığmaların azalmasına az təsir edib

Energetika Materials 23 Fevral 2007 18:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması onun istifadəsi üçün yığmaların azalmasına az təsir edib. Bu barədə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov məlumat verib.

Yanvarda Tarif Şurası 1kVt/saat elektrik enerjisinin qiymətini bütün kateqoriyadan olan istehlakçılar üçün 0,06 manata qədər unifikasiya edib. "Hesab edirəm ki, bu müvəqqəti haldır. Respublika üzrə sayqacların quraşdırılmasından sonra ödəmələr həcmi artacaq", deyə o, bildirib.

Yaqub Eyyubov Azərbaycanın bütün rayonları üzrə yığmaların aşağı səviyyəsinin müşahidə olunduğunu etiraf edib.

Bakı üzrə elektrik enerjisinə görə yığmaların səviyyəsi 75-80% təşkil edir.

Xəbər lenti

Xəbər lenti