...

Azərbaycanda hasilat vaxtından təxminən 1,5 mlrd. ton neft istehsal olunub

Energetika Materials 23 Fevral 2007 19:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın neft-qaz-kondensat yataqlarının işlənməsi müddətində 1,4 mlrd. ton neft və 464 mlrd. kub metr qaz (kondensatla birgə) çıxarılıb. Bu barədə ADNŞ mütəxəssisləri məlumat verib.

Ümumilikdə, Azərbaycanda 65 yataq açılıb, bunun da 57-si indiyə qədər işlənir, 39 yataq quruda yerləşir. Onlardan 18-i birgə müəssisələr və əməliyyat şirkətlərinin müqavilə meydanlarına daxildir. 20 yataq Abşeron neft-qaz rayonunun payına düşür.

Quru yataqlarda əldə olunmuş neftin ümumi həcmi 940 milyon ton və qazın həcmi 131 mlrd. kub metr təşkil edib. Bu yataqlarda ehtiyatların istifadə olunması 84%-ə çatır.

Neft və qaz hasilatının əsas həcmi dəniz yataqlarının payına düşür. Dənizdə 17 yataq Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müstəqil olaraq işlənilir.

Dəniz yataqlarından illik neft hasilatının maksimal həcmi 1970-ci ildə 13 milyon ton, qazın həcmi isə 1982-ci ildə 14 mlrd. kub metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti