...

" Azəriqaz " " Şahdəniz " yatağından sutkada 6 mln . kubmetrə qədər qaz əldə edir

Energetika Materials 26 Fevral 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / "Azəriqaz" QSC "Şahdəniz" yatağından sutkada 5-6 milyon kubmetir qaz alır. Bu barədə bazar ertəsi jurnalistlərə "Azəriqaz"ın sədri Əlixan Məlikov məlumat verib.

Onun sözlərinə görə, "Azəriqaz" fevralın 19-dan etibarən "Şahdəniz" qazını qəbul edir. İndiyə qədər "Azəriqaz" təxminən 25 mln. kubmetr yanacaq alıb.

"Hələ illik həcmin nə qədər olacağı məlum deyil. Sutkalıq yanacaq tədarükünün artacağı istisna olunmur", - deyə Ə.Məlikov qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın qaz anbarlarında mövcud olan qaz ehtiyatı aprelin 15-nə qədər kifayət edəcək.

Xəbər lenti

Xəbər lenti