...

Aprelin 1- dəAzərbaycanın Gürcüstana qaz verməsi ilə bağlı müqavilənin müddəti başa çatır

Energetika Materials 26 Fevral 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Aprelin 1-də Azərbaycanın Gürcüstana qaz verməsi ilə bağlı müqavilənin müddəti başa çatır. Bu barədə bazar ertəsi jurnalistlərə "Azəriqaz" QTSC -nin sədri Əlixan Məlikov məlumat verib. Hazırda Azərbaycanın Gürcüstana qaz tədarükünü davam etdirib-etdirməyəcəyi məlum deyil.

"Fevraldan Gürcüstana sutkada 1,3 mln. kubmetr qaz verilir. Gürcüstana qazın verilməsi aprelin 1-dək davam edəcək. Bu prosesin davam etdirilməsi haqqında hələ konkret fikir yoxdur", - deyə Ə.Məlikov qeyd edib.

Onun sözlərinə görə, əgər Gürcüstana qaz tədarükü davam etdirilsə, belə olan halda ilk növbədə Azərbaycanın təminatını nəzərə almaq lazımdır.

"Əgər imkan olarsa, o zaman bu məsələyə baxıla bilər", - deyə "Azəriqaz"ın sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti