...

"Şahdəniz" yatağında kodensatın hasilatı proqnoz göstəricilərini ötüb

Energetika Materials 27 Fevral 2007 16:11 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" yatağının ikinci quyusundan kondensatın hasilatı nəzərdə tutulmuş göstəriciləri ötüb. Hökumətin məlumatına əsasən, sutka ərzində 5 milyon kub metr qazın əldə olunması nəticəsində hasil olunan kondensatın həcmi 2 min tonu keçib. "Bu quyudan kondensatın hasilat həcmi bu gün sutkada 2,5 min tona çatır", deyə hökumətdən bildirilib.

Kondensat bütövlükdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə istiqamətləndirilir. Hazırda "Şahdəniz" yatağındakı quyunun sutkalıq debiti 6 milyon kub metrə çatır.

"Şahdəniz"in işlənmə layihəsinin "Mərhələ-1" çərçivəsində ildə "plato" mərhələsində 8,6 mlrd. kub metr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kub metr qaz əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti