...

Nazir: İsrail Ceyhan limanından Azərbaycan neftini almaq niyyətindədir

Energetika Materials 27 Fevral 2007 17:12 (UTC +04:00)
Nazir: İsrail Ceyhan limanından Azərbaycan neftini almaq niyyətindədir

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/İsrail Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq etməyə maraq göstərib. Bu barədə bü gün Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, maraq Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılan Azərbaycan neftinin alınmasına göstərilib,

Bu gün Hayfa şəhərində neft-qaz istehsal edən zavodlarda emal olunan neftin 30%-ini Azərbaycan xammalı təşkil edir.

Danışıqlar həmçinin Ceyhan-Aşkelon qaz kəmərinin tikintsi ilə bağlı aparılıb. Nazir hesab edir ki, artıq bü gün Azərbaycan qazının satış bazarı haqqında düşünmək lazımdır.

"Onlar "Şahdəniz" layihəsinin "Mərhələ-2" çərçivəsində qazın alınmasına maraq göstərir", deyə nazir bildirib.

Onun sözlərinə görə, bütün bu məsələlərə, Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə birgə baxılacaq.

Xəbər lenti

Xəbər lenti