...

BP Xəzərdə görülən işlər üçün bir şirkətlə müqavilə müddətini uzadıb

Energetika Materials 27 Fevral 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/MUSCAT-BUE Caspian və BP Azərbaycan arasında Xəzər regionunda gəmilərin idarə olunması ilə bağlı müqavilə uzadılıb. Bu barədə məlumatı MUSCAT şirkəti verib.

"Neft-qaz-58", "Gültəkin Əsgərova", "Om və Nerça", "Təbriz Xəlilbəyli" gəmiləri, ROV seysmik gəmisi və "Barra" xilasetmə gəmisinin idarə olunması ilə bağlı müqavilə iki il müddətinə uzadılıb.

BUE Caspian-ın baş meneceri Roy Donaldson bu müqavilənin şirkətin bazar rəqabəti şəraitində işləmək imkanlarının göstərcisi olduğunu bildirib. Burada müştərinin keyfiyyət, sağlamlığın mühafizəsi və texniki təhlükəsizliyə dair ciddi tələbləri var.

BUE Caspian dəniz əməliyyatlarına yardım edən Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzər Dəniz Neft Donannması" ilə birgə işləyir.

Xəbər lenti

Xəbər lenti