...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 28 Fevral 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin qiyməti fevralın 27-də $61,24/barel təşkil edib, bu isə fevralın 26-dakı qiymətdən $0,35/barel çoxdur.

AZERI LT CIF Augusta neftinin qiyməti fevralın 27-də $61,98/barel təşkil edib, bu isə fevralın 26-dakı qiymətdən $0,35/barel çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti fevralın 27-də $55,54/barel təşkil edib, bu isə fevralın 26-dakı qiymətdən $0,53/barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Fevralın 27-də Dated Brent neftinin qiyməti $60,53/barel təşkil edib, bu isə fevralın 26-dakı qiymətdən $0,47/barel çoxdur.

Dated Brent neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti