...

Azərbaycan Dövlət Neft şirkəti Novorossiyskdən növbəti neft hissəsini satıb

Energetika Materials 28 Fevral 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı - Trend müxbir S.Əliyev. Azərbaycan Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyat idarəsi Novorossiysk limanından 450 min barel neft yükü üzrə elan edilmiş tenderi bağlayıb.

Qalib REOC Ltd-in treyderi olub. Neft hissəsi martın 15-16-da yüklənəcək. Bu, Dövlət Neft Şirkətinin öz yataqlarından əldə etdiyi və birgə müəssisələrin və əməliyyat şirkətlərinin neftidir.

Fevralda Dövlət Neft Şirkəti Novorossiyskdən 450 min barel olan daha bir neft hissəsi yükləyib. 2006-cı il ərzində Dövlət Neft Şirkəti Bakı- Novorossiysk borukəməri marşrutu ilə 1mln. 172 min ton neft ixrac edib. ( 2005-ci ildə - 1 mln. 631 min ton). Bu ilin əvvəlində Dövlət Neft Şirkətinin neftini Novorossiyskdən növbəti şirkətlər alıb:

"Glencore": fevral (450 min barel)

"REOC": mart (450 min barel)

Xəbər lenti

Xəbər lenti