...

"Azərenerji" smart kart əsasında işləyən yeni sayqacların quraşdırılmasına başlayır

Energetika Materials 2 Mart 2007 16:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Azərenerji" SC Gəncədə yeni elektrik sayqaclarını quraşdırmağa başlayır. Sayqaclar pre-piad sistemi üzrə smart-kart-ın istifadəsi ilə işləyəcək. Bu barədə SC-nin prezidenti Etibar Piriverdiyev məlumat verib.

Bu ilin sonuna qədər SC bu sistemlərin Gəncədə quraşdırılmasını tamamilə başa çatdırmaq, həmçinin Mingəçevir, Əli-Bayramlı və digər rayonlarda sistemin istifadə edilməsinə başlamaq niyyətindədir. Bütün sayqaclar dövlət hesabına qurulacaq.

"Azərenerji" Azərbaycanın 46 rayonunda ötürücü şəbəkələri idarə edir.

Xəbər lenti

Xəbər lenti