...

Rusiyadan Azərbaycana idxal olunan elektrik enerjisinin tariflərinə yenidən baxılacaq

Energetika Materials 3 Mart 2007 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/"Azərenerji" Səhmdar Cəmiyyətinin (SC) prezidenti Etibar Hüseynovun verdiyi məlumata görə, martın sonlarında SC Rusiyadan Azərbaycana idxal olunan elektrik enerjisinin tariflərinə yenidən baxmaq niyyətindədir.

Elektrik enerjisinin çatdırılması haqqında mövcud müqavilə 2007-ci ilə hesablanıb. Lakin tariflər yalnız birinci kvartal üçün qəbul olunub. Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalının birinci rübdə tariflər 2006-cı ildə 1 kV/saata görə 3,636 manat tariflə həyata keçirilir. Azərbaycan elektrik enerjisinin Rusiya üçün satış qiyməti 1 kV /saat üçün 1,58 sentdən 1,8 sentədək artırılıb. Azərbaycanda elektrik enerjisinə defisitinin müşahidə olunduğu pik saatlarında Rusiya Azərbaycana 200-250 MVt gücündə elektrik enerjisi ötürür.

Xəbər lenti

Xəbər lenti