...

Alternativ enerji mənbələrinin ümumi balansa əlavə edilməsi əhəmiyyətsizdir

Energetika Materials 5 Mart 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu gün günəş və külək enerjisinin bizim enerji balansımızdakı yeri barədə danışmağın mənası yoxdur. Bu barədə məlumatı "Azərnerji" ASC-nin mətbuat xidməti müəssisənin rəhbəri Etibar Pirverdiyevə istinadən verib.

Onun sözlərinə görə, bu onunla izah olunur ki, alternativ enerji mənbələrinə olan diqqət yenicə artırılıb.

Hazırada Azərbaycanın elektrik enerjisinin 90 faizi istilik elektrik stansiyalarında, 10 faizi isə su elektrik stansiyalarında istehsal olunur.

Gürcüstanda isə bu rəqəm tamamilə fərqlidir. Belə ki, orda istehsalın 80 faizi su elektrik stansiyalarının, 20 faizi isə istilik elektrik stansiyalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti