...

Azərbaycan və Meksika birgə neft-qaz layihəsi hazırlayacaq

Energetika Materials 7 Mart 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərbaycanın Sənaye və Energetika Nazirliyinin mütəxəssisləri meksikalı həmkarları ilə birgə layihələrdə iştirak etməyə hazırdırlar". Bunu sənaye və energetika naziri Natiq Əliyev bu gün Meksikanın Azərbayacandakı yeni səfiri Salvador Kamposo İkardo ilə görüşündə bəyan edib.

Səfirin sözlərinə görə, yaxın zamanlarda əməkdaşlıq üçün konkret layihələrin hazırlanması, dəniz şelfindən neft çıxarılması sahəsində təcrübə mübadiləsi aparılması üçün Meksikadan Azərbaycana nüamayəndə heyəti gələcək. S.İkardo qeyd edib ki, Meksika Azərbaycan təcrübəsinin öyrənilməsində çox maraqlıdır.

Meksikanın Amerika qitəsində böyük neft ehtiyatlarına malik olduğunu qeyd edən nazir Natiq Əliyev təcrübə mübadiləsinin vacibliyini bildirib.

Qeyd edək ki, Meksika və Azərbaycanda neftin böyük hissəsi dənizdən çıxarılır.

Xəbər lenti

Xəbər lenti