...

Nexand tərəfindən Azərbaycanda neft terminalının tikintisi layihəsinin qiymətləndirilməsinin başa çatdırılması müddəti müəyyən olunub

Energetika Materials 10 Mart 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) SC Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalı və limanının tikinti layihəsinin qiymətləndirilməsi üçün Nexand Amerika şirkətini seçib. Bu barədə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

Nexand layihənin perspektiv və effektliyinin qiymətləndirməsini 2007-ci ilin mayında başa çatdıracaq.

"Paralel olaraq biz kredit halında terminal və limanın tikntisinə qoyula biləcək investisiyalar axtarırıq. Kredit resursları beynəlxalq maliyyə institutları, xarici banklar və ya bankların sindikatlarından cəlb oluna bilər", - deyə, A.Axundov qeyd edib.

Onun sözlərinə görə, bu layihəyə beynəlxalq struktur və xarici bankların maraqları var, lakin ən yaxşı təkliflər seçiləcək.

AİŞ "Qafqaztransservis" şirkəti ilə məramnamə protokolu imzalayıb. AİŞ-lə razılığa görə, o, geniş dəqiqləşdirilmiş biznes-plan hazırlayacaq.

Terminal və limanın tikintisi təxminən 90 milyon dollar dəyərində qiymətləndirilir. AİŞ-in digər layihələrdə olduğu kimi iştirakı 20-25%-dək gözlənilir.

Xəbər lenti

Xəbər lenti