...

BP Azərbaycan "Şahdəniz" yatağında quyudakı problemin aradan qaldırılması işlərini təxirə salıb

Energetika Materials 10 Mart 2007 14:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ BP Azərbaycan şirkəti "Şahdəniz" qaz kondensat yatağında quyuda qaz sızması ilə bağlı işləri payızın əvvəlinə qədər təxirə salıb. Bu barədə bu gün hökumətdən məlumat verilib.

Bu vaxta qədər şirkət yataqda qabaqlayıcı qazma işləri çərçivəsində qazılmış iki quyunu işə salmağı planlaşdırır.

Şirkət təkrar olaraq birinci qabaqlayıcı quyuya məhlul əlavə olunmasını həyata keçirib, lakin bu işlər heç bir nəticə verməyib. Hazırda problemlərin aradan qaldırılması üçün buruq qülləsi vasitəsilə quyunu qaldırmaq lazımdır. Bu, qabaqlayıcı quyuların birləşdirilməsində məşğul olan qüllənin azad olmasından sonra həyata keçiriləcək.

"Şahdəniz"-in işlənməsi layihəsinin "Mərhələ-1" çərçivəsində plato mərhələsində 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kub metr qaz əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti