...

Azərbaycan elektrik enerjisi üzrə Rusiya ilə danışıqlar aparacaq

Energetika Materials 12 Mart 2007 15:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu ayın sonuna qədər "Azərenerji" SC Azərbaycana elektrik enerjisinin çatdırılması tarifləri ilə bağlı rusiyalı həmkarları ilə danışıqlar aparmaq niyyətindədir. Bu barədə bu gün "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Azərbaycan tərəfi elektrik enerjisinin Azərbaycana idxal tarifinin aşağı salınması məsələsini qaldırmaq niyyətindədir. Bununla belə Azərbaycandan Rusiyaya elektrik enerjisinin ixracına olan qiymətin dəyişilməz qalması nəzərdə tutulub.

Elektrik enerjisinin çatdırılması ilə bağlı müqavilə 2007-ci il üçün nəzərdə tutulub. Laikn tariflər yalnız birinci kvartal üçün qəbul olunub. Birinci kvartalda Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalı 2006-cı ildə tətbiq olunan tariflər - 1 kVt/saata 3,636 sent üzrə həyata keçirilir. Azərbaycan elektrik enerjisinin Rusiyaya satış qiyməti 1 kVt/saat üçün 1,58 sentdən 1,8 sentədək artıb. Azərbaycanda elektrik enerjisinə defisitin müşahidə olunduğu pik saatlarında (axşam saat 5-də) Rusiya tərəfi Azərbaycana 200-250 MVt gücündə elektrik enerjisi çatdırır.

Xəbər lenti

Xəbər lenti