...

Gəncədə əhali qaz sayqaclarına müdaxilə edir

Energetika Materials 15 Mart 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/Bu ilin iki ayı ərzində Gəncə şəhər Qaz İstismarı İdarəsi əhali tərəfindən 54 sayqaca müdaxilə faktı qeydə alıb. Bu barədə məlumatı Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov məlumat verib.

O, bildirib ki, sayqaca müdaxilə edən abonentlərdən 32-si artıq cərimələri ödəyib. Bunun nəticəsində 1345 manatdan artıq məbləğdə pul əldə olunub. Sayqaca müdaxilə edən abonentə aktda göstərilən məbləği ödəmək üçün bir ay möhlət verilir. Cərimə ödənilənədək həmin abonentlərə mavi yanacağın verilməsi dayandırılır.

Xəbər lenti

Xəbər lenti