...

Cənubi Qafqaz qaz kəmərində təzyiq artırılacaq

Energetika Materials 16 Mart 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Cənubi Qafqaz kəmərilə qaz ötürülməsi üçün kəmərdəki iş təzyiqi artırılaraq 90 atmosferə çatdırılacaq. Sınaq işləri zamanı kəmərdəki qaz təzyiqi 60 atmosferə çatdırılıb. Bu barədə hökumətdən məlumat veriblər.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz - kondensat yatağında qaz hasilatı tamamilə stabilləşib. Hazırda yataqdan sutka ərzində 48 min barel ekvivalentində 5,6 mln. kubmetr qaz və 15 min barel kondensat hasil olunur.

"Mərhələ - 1" çərçivəsində "Şahdəniz" layihəsindən 2,8 mlrd. kubmetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti