...

Azərbaycan neft və qaz hasilatını nəzərəçarpacaq dərəcədə artırıb

Energetika Materials 16 Mart 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Fevral ayı ərzində Azərbayacanda 6 mln. 7777,7 min ton xam neft hasil olununb. Bu barədə məlumatı Dövlət Statistika idarəsindən veriblər. Bu göstərici 2006-cı ilin müvafiq göstərcisilə müqayisədə 53,1 faiz çoxdur. Əsas ixrac işləri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Şirkət bu il 5,3 mln. ton neft, 502,2 mln. kubmetr qaz hasil edib. Ötən illə müqayisədə isə bu rəqəmlər müvafiq olaraq 79,8 və 18.1 faiz çoxdur.

Fevral ayında Azərbaycanda qaz hasilatı 1 mlrd. 290,1 mln. kubmetr (ötən ilin müavafiq dövrü ilə müqayisədə 20,9 faiz çox) olub.

Cari ilin fevralında Azərbaycanda 4 mlrd. 199,7 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

Bu, ötən ilin göstəricisindən 6,2 faiz az olub. İstilik enerjisinin istehsalı isə ötən ilə nisbətən 25,3 faiz az, 738,1 min Qkal təşkil edib.

Xəbər lenti

Xəbər lenti