...

ARDNŞ Gürcüstana avtomobil benzini ixracını artıracaq

Energetika Materials 17 Mart 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı.müx. Trend S.Əliyev/ Azərbayan Dövlət Neft Şirkəti (ARDNŞ) mart ayında Gürcüstana 15 min ton avtomobil benzini tədarük etməyi planlaşdırır. Bu barədə məlumatı ARDNŞ-dən veriblər.

"Aprel ayından tədarükün həcmi artırıla bilər"-ARDNŞ-dən xəbər veriblər.

Fevralda Gürcüstana 10 min ton avtomobil benzini göndərilib.

Avtomobil benzininin Gürcüstana tədarükü SOCAR Ceorgia Petrolium-la müqavilə çərçivəsində həyata keçirilir. Benzin Heydər Əliyev adına NEZ bazasında istehsal olunur.

Xəbər lenti

Xəbər lenti