...

Azərbaycan "Şahdəniz" yatağından Gürcüstana qaz tədarükünə başlayıb

Energetika Materials 19 Mart 2007 15:38 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" yatağından Gürcüstana qaz tədarükünə başlayıb

Azərbayacan, Bakı/ Trend müxbir S.Əliyev/ "Şahdəniz" qaz-kondensat yatağı layihəsi üzrə partnyorlar Cənubi Qafqaz kəmərilə Gürcüstana qaz tədarükünə başlayıb. Bu bardədə məlumatlı mənbələr xəbər verib. Kəmər vasitəsi ilə sutka ərzində Gürcüstana 200 min kubmetr qaz verilir.

Sazişə uyğun olaraq bu il Gürcüstana "Şahdəniz" yatağından 250 mln. kubmetr qaz veriləcək. Gürcüstan müəyyən olunmuş həcmdə alacağı qazın hər 1000 kubmetrinə görə 63 dollar ödəyəcək. Əlavə həcmdə qaz və onun qiyməti danışıqlar mövzusudur.

Hazırda "Şahdəniz" yatağında bir quyu fəaliyyət göstərir. Sutkalıq hasilat 5,6 mln kubmetr qaz və 1,5 min ton kondensat təşkil edir. BP Azerbaijan şirkəti mart ayının sonu-aprelin əvvəlində "Şahdəniz" yatağında üçüncü quyunu vaxtından əvvəl istismara verəcək. Daha sonra 4-cü quyu istifadəyə veriləcək. Bu iki quyu istismara verildikdən sonra BP Azerbaijan qaz sızmasına görə fəaliyyəti dayandırılmış birinci quyuda işlərə başlayacaq.

"Şahdəniz" yatağından "Mərhələ- 1" çərçivəsində 8,6 mlrd. kubmetr qaz çıxarılacaq. 2007-ci ildə isə "Şahdəniz"dən 2,8 mlrd. kubmetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti