...

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhandan neft ixracının həcmini elan edib

Energetika Materials 19 Mart 2007 17:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) 741,79 min ton nefti ixrac olunub. Bu barədə ADNŞ-in marketinq və iqtisadi əməliyyatlar idarəsindən məlumat verilib.

Ceyhan limanında terminalın birinci körpüsündən 320 min ton dedveytli tanker yüklənib. İkinci körpüdən 140 min tonadək yüklənib.

2006-cı ildə boru kəməri vasitəsilə 1 mln. 403 min ton ADNŞ nefti və 6 mln. 268 min ton neft Azərbaycan Beynəlaxlq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən neft ixrac olunub.

Bu neft partiyaları İtaliya, ABŞ, İsrail, Türkiyə, Fransa və Böyük Britaniyaya göndərilib.

Xəbər lenti

Xəbər lenti