...

Azərbaycan "Şahdəniz" yatağından qaz hasilatının artırılmasının mümkünlüyünü bəyan edib

Energetika Materials 27 Mart 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev / Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatının sutkalıq 7 mln. kubmetrə (ildə 2,55 mlrd. kubmetrdən çox) qədər artırılması imkanı mövcuddur. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin çərşənbə axşamı bildirdiyinə görə, "Şahdəniz"dəki quyuların imkanları çox böyükdür.

"Onlar bu rejimdə işləyə bilərlər, amma bunun üçün böyük diametrli ştuser quraşdırmaq lazımdır",-deyə o bildirib.

Onun sözlərinə görə, quyularda optimal iş rejiminə nail olmaq üçün sınaq işləri aparmaq lazımdır.

"Amma sutkalıq qaz hasilatının 7 mln. kubmetrə qədər artırılması imkanı mövcuddur",-deyə o bildirib. Nazirin sözlərinə görə, hazırda Cənubi Qafqaz qaz kəməri vasitəsilə Türkiyə "Şahdəniz" qazını qəbul etməyə hazır deyil. "İndi ancaq Gürcüstan qaz qəbul etməyə hazırdır", - deyə Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti