...

"Azəriqaz" Azərbaycanda yeraltı qaz anbarlarında olan qalıq qaz həcmini elan edib

Energetika Materials 28 Mart 2007 11:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında təxminən 360 mln. kub metr həcmində qaz ehtiyatı qalmaqdadır. Bu barədə "Azəriqaz" QSC-nin rəhbəri Nazim Səmədzadə məlumat verib. Bu həcm əldə olunmuş ümumi qaz həcminin 30 faizinə bərabərdir.

Ötən mövsümdən qalmış 200 mln. kub met qaz həcmini nəzərə alaraq ötən il yeraltı qaz anbarlarına 1 mlrd. kub metrdən çox yanacaq doldurulub.

Azərbaycanda iki çən istifadə olunur - Qaradağ və Kalmazsk qaz anbarları. Onların ümumi həcmi 1 mlrd - 1,1 mlrd. kub metr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti