...

Nazir: Azərbaycan qaz satışında Statoil-in xidmətlərindən imtina edə bilər

Energetika Materials 28 Mart 2007 13:44 (UTC +04:00)
Nazir: Azərbaycan qaz satışında Statoil-in xidmətlərindən imtina edə bilər

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Azərbaycan "Şahdəniz" yatağından təbii qazın satışında bu layihənin ikinci mərhələsinin işlənməsində Norveçin Statoil şirkətinin xidmətlərindən imtina edə bilər. Bu barədə bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransında bəyan edib.

Statoil hazırda "Şahdəniz" layihəsinin birinci mərhələsinin kommersiya operatorudur və Azerbaijan Gas Supply Company-yə rəhbərlik edir. "Şahdəniz"in texniki operatoru BP-dir.

"Statoil-in Avropada qaz satışında böyük təcrübəsi var. Azərbaycanın "Şahdəniz"lə bağlı müqavilənin imzalandığı vaxtda təcrübəsi olmayıb. Lakin gələcəkdə layihənin ikinci mərhələsində özümüzün dünya bazarlarında qazımızı satmaq imkanımızı istisna etmirik", - deyə N.Əliyev bildirib.

Hazırda Azərbaycan "Şahdəniz" yatağından Gürcüstana qaz nəql edir. Yaxın zamanlarda qazın Türkiyəyə nəqlinə başlanacaq. Yanacaq Cənubi Qafqaz qaz kəməri vasitəsilə çatdırılır.

Xəbər lenti

Xəbər lenti