...

BP Bakı-Supsa kəməri ilə neft ixracının bərpa olunma tarixini elan edib

Energetika Materials 28 Mart 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ BP Azerbaijan Bakı-Supsa kəməri vasitəsilə yüngül neftin ixracının bərpa olunmasının ilkin tarixini açıqlayıb. Çərşənbə günü mətbuat konfransında sənaye və energetika naziri Natiq Əliyevin bildirdiyinə görə, BP Azerbaijan neft ixracının iki həftədən sonra bərpa olunacağını güman edir.

Hazırda "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılan neft BTC, Bakı-Novorossiysk kəmərləri ilə ixrac olunur, ordan isə dəmir yolu ilə Batumi limanına daşınır.

Daha öncə Bakı-Supsa kəmərinin Gürcüstan hissəsində korroziya ilə bağlı müəyyən nasazlıqlar aşkar olunmuşdu. Həmçinin müəyyən çökmələr də var ki, bunlar kəmərin işləməsi üçün təhlükəlidir. Bu səbəblərə görə həmin kəmərlə neft ixracı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti