...

Baş nazir: Azərbaycan nefti Belarus NEZ-lərində emal oluna bilər

Energetika Materials 28 Mart 2007 20:35 (UTC +04:00)
Baş nazir: Azərbaycan nefti Belarus NEZ-lərində emal oluna bilər

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova / Azərbaycan və Belarus hökumətləri Azərbaycan Dövlət Neft Şirkətinin "Belarusneft" Konserninin üçüncü ölkələrdəki layihələrində iştirakının mümkünlüyü məsələsinə baxıblar. Bu barədə çərşənbə günü Azərbaycanda rəsmi səfərdə olan Belarus baş naziri Sergey Sidorski bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı həmkarları Belarusun yaxın perspektivdə İran və Venesuelada həyata keçirməyi planlaşdırdığı layihələrə maraq göstəriblər.

"Azərbaycanın ixtisaslı mütəxəssislərinin bu işlərin icrasına buraxılması imkanları mövcuddur. Ekspertlərimizin apardığı danışıqlar prosesində, sözsüz ki, biz, neft hasilatında və Azərbaycandan başqa ölkələrə neft verilməsində təcrübəsi olan mütəxəssislərə şərait yaradacağıq, üçüncü ölkələrdə və Belarusla birgə bu təcrübədən istifadə edəcəyik",-deyə Belarusun hökumət başçısı bilidirb.

2007-ci il üçün nəzərdə tutulmuş tədbirlər planına birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları, karbohidrogen yataqlarının kəşf olunması və mənimsənilməsi üçün geofizika, qazma və digər işlərin görülməsi üçün olan tenderlərdə iştirak, elmi texniki əməkdaşlığın qurulması daxildir.

Azərbaycanın baş naziri Artur Rasizadənin sözlərinə görə, gündəlikdə olan digər bir məsələ Azərbaycan neftinin Belarus müəssisələrində emalı olub. "İndiki mərhələdə, ekspertlərin hesablamalarına görə, bu sərfəlidir",-deyə A.Rasizadə bildirib.

O, neftin Avropa bazarlarına Belarusdan ixrac olunması barədə bu ölkə hökümətinin təklifinin mümkünlüyünü istisna edib.

Xəbər lenti

Xəbər lenti