...

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin ən iri kimya şirkətinin səhm nəzarət paketini əldə etmək niyyətindədir

Energetika Materials 30 Mart 2007 13:20 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin ən iri kimya şirkətinin səhm nəzarət paketini əldə etmək niyyətindədir

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Türkiyənin ən iri PETKİM kimya müəssisəsinin özəlləşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmək niyyətindədir. Bu barədə ADNŞ-dən məlumat verilib. Türkiyə ADNŞ-in bu müəssisənin səhm nəzarət paketini əldə etmək arzusunu dəstəkləyib.

Türkiyənin energetika naziri Hilmi Gülərin sözlərinə görə, bu layihənin reallaşmasından sonra Azərbaycan Türkiyənin energetika bazarında ən iri investorlardan biri olacaq.

ADNŞ rəhbərliyi Türkiyədə ADNŞ-in yaratdığı SOCAR

Türkiyədəki danışıqlarda Ceyhanda müasir neft emalı zavodunun tikintisi məsələsi müzakirə edilib. ADNŞ neft məhsullarının Türkiyə və Avropa bazarlarında satışı üçün Türkiyədə özünün 10 mln. tondan çox neftini emal etmək niyyətindədir.

Aprelin 15-nə qədər ADNŞ Türkiyənin Ceyhan limanında neft emalı zavodunun tikintisi ilə bağlı sənədlərin hazırlanmasını başa çatdıracaq və rəsmi ərizə təqdim edəcək.

Türkiyədə keçirilmiş görüşlərdə Türkiyə və Azərbaycan ərazisindən Qazaxıstan və Türkmənistan qazının nəqli imkanları müzakirə olunub. Gəmi şirkəti olan Palmali ilə danışıqlar aparılıb. Danışıqlar Türkiyəyə Bakı-Tiflis-Ceyhan boru kəməri vasiləsilə çatdırılan Azərbaycan neftinin nəqli ilə bağlı olub. ADNŞ öz neftinin Palmali şirkətinin flotundan istifadə etməklə birbaşa çatdırma müqavilələrinə əsasən, nəqletmə imkanlarını nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti