...

Hökumət Azərbaycanın yeni qaz sayğaclarına olan tələbatını elan edib

Energetika Materials 30 Mart 2007 16:08 (UTC +04:00)
Hökumət Azərbaycanın yeni qaz sayğaclarına olan tələbatını elan edib

Azərbaycan,Bakı/müxbir Trend Z.Novosvitski/ Öncədənödəmə sistemi üzrə işləyən qaz sayğaclarına Azərbaycanın tələbatı təxminən 1 milyon ədəd təşkil edə bilər. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bəyan edib.

Onun sözlərinə görə, bu kəmiyyət bu sayğacların hazırda Azərbaycanın Gəncə rayonunda aparılan pilot layihə kimi uğurlu tətbiqi halında lazım olacaq.

O qeyd edib ki, pilot layihə çərçivəsində sayğaclar əvvəlcə alınacaq, perspektivdə isə onların Azərbaycanda istehsalı mümkündür.

"Azəriqaz" QSC-nin məlumatına əsasən, Gəncədə artıq Fransa texnologiyası ilə istehsal olunmuş smartkartların istifadəsi mümkün olan 1300 qaz sayğacı quraşdırılıb. 2007-ci il ərzində QSC Gəncədə əlavə 62000 bu cür sayğac quraşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti