...

Naxçıvanda benzinin qiyməti 2 qəpik artıb

Energetika Materials 2 Aprel 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvanda benzinin qiymətində artım müşahidə olunur. Artıq sürücülər benzinin hər litrinə görə 2 qəpik artıq ödəməli olurlar. Belə ki, Aİ 93 markalı benzinin qiyməti 60 qəpikdən 62 qəpiyə, Aİ 92 və Aİ 95 isə 58 qəpikdən 60 qəpiyə qaldırılıb. Dizel yanacağının qiyməti əvvəlki kimi 50 qəpik həcmində qalıb.

Yancaqdoldurma məntəqələrində deyirlər ki, onlara benzin məhsulları əvvəlkindən fərqli olaraq artımla satılır. "Sürücülər qiymət artımını gömrük prosedurları zamanı artan xərclərlə əlaqələndirilər. Belə olan halda biz də qiymətləri artırmağa məcburuq"-- yanacaqdoldurma məntəqələrindən bildiriblər.

Neft məhsullarındakı qiymət artımı satış məhsullarına qismən təsir göstərib. Qiymət artımı müşahidə olunan məhsullar isə əsasən meyvə-tərəvəz məhsulları və meyvə şirələridir. Yaxın günlərdə satış məhsullarında artımların olacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti