...

ABƏŞ Bakı-Novorossiysk boru kəmərinin operatorluğundan imtina edə bilər

Energetika Materials 3 Aprel 2007 12:57 (UTC +04:00)
ABƏŞ Bakı-Novorossiysk boru kəmərinin operatorluğundan imtina edə bilər

Azərbaycan,Bakı/müxbir Trend V.Şərivof/2007-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Bakı-Novorossiysk neft kəmərinin operatorluğundan imtina edərək onu Azərbaycan Dövlət Neft Şirkətinə təqdim edə bilər. Bu barədə ADNŞ-in yüksək vəzifəli nümayəndəsi çərşənbə axşamı məlumat verib.

2007-ci il dekabrın 31-də ABƏŞ və "Transneft" arasında Bakı-Novorossiysk boru kəməri üzrə müqavilənin vaxtı bitir. İlkin məlumatlara əsasən, ABƏŞ bü müqavilənin müddətini 1997-ci ildə imzalanmış müqavilədə göstərildiyi kimi növbəti 10 il ərzində uzatmaq niyyətində deyil.

"Müvafiq müqavilə ADNŞ və "Transneft" arasında boru kəmərinin operatorluğu predmetinə əsasən imzalanmalıdır", deyə mənbə qeyd edib.

2007-ci ilin ikinci rübündə ABƏŞ Bakı-Novorossiyks boru kəməri vasitəsilə neftin ötürülməsi barədə ərizə verməyib. ADNŞ bu boru kəməri vasitəsilə ikinci kvartal ərzində ayda 60 min ton neft ötürəcək. Hər partiyanın 95 faizi quruda işləyən birgə müəssisə və əməliyyatların neftindən ibarət olacaq.

Bakı-Novorossiyks boru kəməri vasitəsilə bir ton neftin daşınması tarifi 15,67 dollar təşkil edir.

2007-ci ilin fevralında ABƏŞ Bakı-Novorossiysk boru kəməri vasitəsilə 282,75 min ton neft ixrac edib. Bu göstərici 2006-cı ilin fevralında 316 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti