...

Qazaxıstan BTC boru kəməri vasitəsilə "Tengiz" yatağından neftin çatdırılması planını elan edib

Energetika Materials 4 Aprel 2007 14:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ildə "TengizŞevron" konsorsiumu Qazaxıstanın "Tengiz" yatağından neftin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri vasitəsilə çatdırılmasını həyata keçirməyəcək. Bu barədə çərşənbə günü Bakıda Qazaxıstanın energetika naziri Baktıkoja İzmuxambetov bildirib.

""Tengiz" yatağından BTC vasitəsilə ilk neft 2008-ci ildə çatdıralacaq. Bakı-Tiflis-Ceyhan vasitəsilə çatdırılma həcmi digər marşrutlar üzrə xammalın ixracından asılıdır. Məsələ ondan ibarətdir ki, biz Qazaxıstan-Çin neft kəmərinin ikinci mərhələsinin tikintisinə başlamışıq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, "Tengiz" yatağından neftin hasilatı layihənin ikinci mərhələsində hazırki 13 mln. tondan 22-25 mln. tona çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti