...

Azərbaycan koks ixracını bərpa edir

Energetika Materials 4 Aprel 2007 15:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Yaxın günlərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda koks istehsalı bərpa olunacaq. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) məlumat verilib.

Təqribən bütün istehsal olunmuş koks ixraca göndəriləcək. İxrac həcmi ayda 7,5 min ton təşkil edəcək.

Kokslaşdırma qurğusunun quraşdırılması yanacağın olmaması səbəbindən dayandırılmışdı. Belə ki, qurğunun işlətdiyi mazut Azərbaycanın Rusiya qazını idxal etməkdən imtina etməsindən sonra elektrik enerjisinin istehsalı üçün elektrik stansiyalarına göndərilirdi. Payız-qış mövsümünün başa çatması ilə əlaqədar elektrik stansiyalarında mazutun istifadəsi aşağı düşür. Bu, qurğunun işini və koks istehsalını bərpa etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti