...

ARDNŞ 2007-ci ildə "Şahdəniz" yatağından qaz hasilatı üzrə proqnozun aşağı düşəcəyini bildirir

Energetika Materials 4 Aprel 2007 20:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/"Şahdəniz" yatağında üçüncü quyu mayın birinci dekadasında istismara veriləcək. Bu barədə çərşəndə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yataqdakı ikinci quyu normal rejimdə işləyir. "Biz birinci quyunu sütunu qaldırmadan tikmək üçün bəzi cəhdlər göstərdik, lakin buna baxmayaraq, qaz sızması davam edirdi, hələlik layihə operatorları təhlükəsizlik üçün onu istismar etmək istəmirlər", deyə R.Abdullayev bildirib.

Gürcüstana "Şahdəniz" yatağından qazın verilməsi məsələsinə gəlincə, ADNŞ rəhbəri bildirib ki, hələlik bu ölkə sutka ərzində 1 mln. kub metr qaz alır.

"Şahdəniz" yatağından 2007-ci ildə qaz hasilatının ilkin həcmi 5,8 mlrd. kub metr səviyyəsində nəzərdə tutulub.

"Faktiki həcmlər quyunun yüksək debitinə baxmayaraq yalnız 3 mlrd. kub metri üstələyəcək. Biz, istənilən halda quyunun yüksək debitinə ümidvar idik, lakin birinci quyuya görə həcmlər aşağı olacaq", deyə R.Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti