...

Heydər Əliyev adına NEZ kimyəvi reagentlərin alınması üçün tender elan edib

Energetika Materials 5 Aprel 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Dövlət Neft Şirkətinin Heydər Əliyev adına NEZ-i öz daxili imkanları hesabına kimyəvi reagentlərin alınması üçün tender elan edib. Bu barədə ARDNŞ-dən məlumat veriblər. Zavod 3 500 ton həcmdə sulfat-oksid almaq niyyətindədir. Tədarük dövrü isə 2007-ci ilin may ayından dekabrına qədərdir. Tenderdə iştirak üçün ərizələri mayın 14-dən gec olmayaraq təqdim etmək lazımdır.

Tender təklifləri isə 2007-ci il may ayının 21-nə qədər verilməlidir. Təkliflər mayın 22-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti