...

Azərbaycan saziş üzrə Gürcüstana qaz tədarükünü başa vurub

Energetika Materials 9 Aprel 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan daha öncə "Azəriqaz" QSC ilə əldə olunmuş razılığa əsasən Gürcüstana qaz tədarükünü başa çatdırıb. Hökumətdən verilən məlumata görə, Gürcüstana 100 mln. kubmetrdən çox qaz tədarük olunub. Gürcüstana verilən qazın qiyməti min kubmetr üçün 120 dollardır.

Azərbaycanın öz qazının Gürcüstana tədarük olunması ilə bağlı məsələ isə hazırda müzakirə olunur.

Yanvar ayının əvvəlindən martın sonuna qədər Gürcüstana sutka ərzində köhnə Bakı-Tiflis kəməri ilə 1,3 mln, fevraldan etibarən isə Cənubi Qafqaz qaz kəməri ilə 1. mln kubmetr "Şahdəniz" qazı verilirdi.

Gürcüstanın "Şahdəniz" yatağından 1000 kubmetri 63 dollara alacağı təmin olunmuş qazın bu ilki həcmi 250 mln. kubmetr təşkil edir.

Əlavə həcm və bunun qiyməti danışıqlar mövzusudur.

Gürcüstan əhalisinin bu ilin sonuna qədər qaza olan tələbatının ödənilməsi üçün 962 mln. kubmetr qaza ehtiyac var. Əgər Azərbaycan Gürcüstana sutkalıq 2,5 mln kubmetr qaz verə bilsə, bu tələbatı tam ödəyəcək və Gürcüstan Rusiya qazının idxalından imtina edə biləcək.

Xəbər lenti

Xəbər lenti