...

BP Qazaxıstan və Türkmənistan enerji ehtiyatlarının tranziti üçün Azərbaycanın imkanlarını nəzərdən keçirir

Energetika Materials 9 Aprel 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün iqtisadi inkişaf naziri Heydər Babayev BP-Azərbaycan şirkətinin prezidenti Bill Şreyderlə görüşüb. Bu barədə nazirliyin məlumatında göstərilib. Heydər Babayev Azərbaycanın BP şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Neft-qaz sahəsində əldə olunmuş uğurlar iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan veririr.

Neft-qaz sənayesindəki uğurlar iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan verir. Qeyri-neft sektorunda inkişaf ildən-ilə sürətlənir. Ötən il bu sahədə artım tempi 12% təşkil edir. BP şirkətinin Azərbaycandakı fəaliyyətindən razılığını ifadə edən cənab Babayev ölkəmizin karbohidrogen ehtiyatlarının istismarında bu şirkətin xüsusi rolunu qeyd edib.

BP-Azərbaycan şirkətinin prezidenti Şreyder Azərbaycanın Xəzər regionundakı əhəmiyyətini vurğulayıb, Qazaxıstan və Türkmənistan enerji resurslarının tranziti üçün Azərbaycanın imkanlarını yüksək qiymətləndirib.

O, həmçinin Azərbaycan şirkətlərinin Qazaxıstan və Türkmənistana aid layihələrdə də iştirak perspektivlərini yüksək qiymətləndirib.

Əlverişli şərtlər daxilində neft-qaz, neft maşınqayırması sahələrində Azərbaycanda fəaliyyət göstərən şirkətlər Qazaxıstan və Türkmənistana aid layihələrdə də iştirak edə bilərlər.

Şreyder qeyd edib ki, BP-Azərbaycan yerli şirkətlərin mal və xidmətlərindən də istifadə edir və getdikcə bu sfera genişlənir.

Xəbər lenti

Xəbər lenti