...

Naxçıvan MR-in enerji sisteminə 43 mln. kVt/saatdan çox elektrik enerjisi daxil olub

Energetika Materials 10 Aprel 2007 12:37 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Martda Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminə 43,4 mln kVt/saatdan çox elektrik enerjisi daxil olub. Bu barədə "Azərenerji" SC-nin çərşənbə axşamı günü yaydığı məlumatda bildirilib.

Muxtar respublikanın enerji təminatının əsas mənbəyi qonşu Türkiyə və İran dövlətlərindən elektrik enerjisinin idxalıdır. Mart ayında NMR-ə İrandan elektrik enerji çatdırmaları 17,98 mln. kVt/saat, Türkiyədən 0,812 mln kVt/saat təşkil edib.

Martda "Araz" SES 4,24 mln/ kVt/saat, modul elektrik stansiyası isə 20,32 mln. kVt/saat elektrik enerjisi hasil edib.

Xəbər lenti

Xəbər lenti