...

Nazir: "Hindistan Azərbaycanla neft və qaz birgə müəssisəsi yaratmaq istəyir"

Energetika Materials 11 Aprel 2007 13:51 (UTC +04:00)
Nazir: "Hindistan Azərbaycanla neft və qaz birgə müəssisəsi yaratmaq istəyir"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Hindistan Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu bu gün Bakıda Hindistanın kommersiya üzrə dövlət naziri Cayram Rameş bəyan edib. "Biz çox istərdik ki, ARDNŞ-lə Hindistanın Dövlət Neft Şirkəti birgə müəssisə yaratsınlar. Konkret olaraq bu müəssisə Xəzərdəki neft-qaz ehtiyatlarını öyrənə bilər" - deyə o qeyd edib.

Hindistan bu gün Rusiya, Sudan, İran, İraq, Braziliya kimi ölkələrdə gerçəkləşən neft-qaz layihələrinin investorudur. C.Rameş onu da qeyd edib ki, ölkəsi Azərbaycanla qaz sənayesi sahəsində də əməkdaşlıqda maraqlıdır. "Şəhərlərdə qaz paylaşdırmaq üçün birgə müəssisə yaratmaq olar" - deyə o bildirib.

Qeyd edək ki, bu gün Hindistan nümayəndə heyəti bu kimi məsələləri Azərbaycanın Sənaye və Energetika Nazirliyində müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti