...

Salyan Oil əməliyyat şirkəti mart ayında neftin hasilatını 2% azaldıb

Energetika Materials 11 Aprel 2007 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Mart ayında Salyan oil əməliyyat şirkətinin neft hasilatı 27 429 ton təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər. Bu ilin əvvəlindən başlayaraq ümumilikdə şirkət 78 570 ton neft hasil edib.

"Kürsəngi-Qarabağlı" yatağında işləyən əməliyyat şirkəti hazırda 3500 metr layihə dərinliyində quyu qazılmasını davam etdirir.

Ötən ilin dekabrında Salyan oil tərəfindən 2007-ci ildə görüləcək işlər üçün büdcəsinə 43 mln. dollar vəsait təklif olunub. 2007-ci il ərzində cəmisi 5 quyunun qazılması gözlənilir. Onların hamısı istismar üçün nəzərdə tutulub və layihə dərinlikləri 3500 metrdir.

Xəbər lenti

Xəbər lenti