...

"Shell" neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli imkanlarını araşdırır

Energetika Materials 12 Aprel 2007 13:51 (UTC +04:00)
"Shell" neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli imkanlarını araşdırır

Azərbaycan, Bakı /müx. Trend / "Shell" şirkəti Qazaxıstanın "Kaşaqan" və digər yataqlardan hasil olunacaq neftin özünə aid hissəsinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli imkanlarını araşdırır. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDTŞ) prezidenti ilə görüşündə "Shell" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Qay Outen söyləyib. Görüş zamanı Xəzərin Azərbaycan sektorunda yerləşən "İnam" strukturunda kəşfiyyat quyusunun qazılması ilə bağlı məsələlər müzakirə olunub. Outen ümidvar olduğunu bildirib ki, bütün işlər qrafik üzrə aparılır. O qeyd edib ki, "Shell" şirkəti ARDNŞ-lə neft və qazın hasilatı, emalı, habelə marketinq sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

ARDNŞ prezidenti Abdullayev isə Azərbaycanın imkanlarından danışıb. Konkret olaraq o qeyd edib ki, Azərbaycan Qazaxıstan neftinin həm dəmir yolu vasitəsi ilə Qara dəniz sahillərinədək, həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötürmək imkanına malikdir. Bunun üçün bütün lazımi infrastruktur hazır vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti