...

"Qum adası" qazıntı işləri idarəsi 2 milyon 019 min 859 manatlıq iş görüb

Energetika Materials 12 Aprel 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / 2007-ci ilin birinci rübündə ARDNŞ-ın kompleks qazıntı işləri trestinin "Qum adası" dəniz qazıntı işləri idarəsi ümumilikdə 5336 metrlik qazıntı işləri aparıb. Bu barədə idarənin rəhbəri Nazim Qafarov məlumat verib. Bu göstərici müvafiq proqnozdan 1,6 faiz artıqdır. Eyni zamanda bu rəqəm ötən ilik analoji göstəricidən 267 metr artıqdır.

Ümumillikdə 2007-ci ilin birinci rübündə 2 milyon 019 min 859 manatlıq iş həyata keçirilib. Qazma işləri nəticəsində iki yeni quyu istismara verilib.

Xəbər lenti

Xəbər lenti